Notariat sənədinin həqiqiliyinin QR-kod vasitəsilə yoxlanılması

Notariat qaydasında təsdiq olunmuş sənədlərin həqiqiliyi “QR-kod” vasitəsi ilə yoxlanıla bilər. Bunun üçün mobil telefon və ya digər mobil cihazda “QR-kod” skaneri yüklənməli və ondan istifadə edərək notariat sənədinin üzərində yerləşdirilmiş müvafiq işarə skan olunmalıdır. Proqram təminatı həmin sənədin orijinal mətninin təsvirini mobil cihaza yükləyəcəkdir.

Alternate Text
Mobil cihaza “QR” kod skaneri yüklənilir

Sənəd üzərindəki “QR” kod skan edilir

Sənəd məlumat bazasında aşkar olunubsa ona baxmaq üçün ödəniş aparılır (1 manat)

Sənədin orijinal mətni mobil cihazda əks olunur